ASP Net Core 5 ilə E-commerce Web Tətbiqi hazırlamaq
$19.99
Shop on Udemy

Description

ASP Net Core 5 ilə E-commerce Web Tətbiqi hazırlamaq dərslərimizə xoş gəldiniz! Bu kurs müəyyən səviyyə C#, MsSql, Javascript biliyi olan, ya da daha öncəki texnologiyaları istifadə edən ama hazırda Asp. Net 5.0 yeniliklərinə yiyələnmək istəyən programçılara şamil olunur. Kurs ümumilikdə E-commerce sahəsi nəzərə alınaraq bir Web tətbiqin planlanması və yazılmasını əsas götürmüşdür. Kurs daxilində sıfırdan yüksək səviyyə kod yazma bacarığı, Asp. Net Core axınına qoşula biləcək konstruksiyaların yazılması, kod təkrarlarının qarşısının alınmasına səy göstərilmişdir. Həmçinin real iş mühitində baş verə biləcək çətinliklərin əvvəlcədən nəzərə alınaraq aradan qaldırılması da kursun əsas prinsiplərindəndir. Niyə bu kursu almalıyam?Bu kurs Web sayt və Web tətbiq yazma bacarığınızı artırmağa, kifayət qədər önsəviyyəyə çıxarmağa və bu sahədə biliklərinizlə seçilməyinizə kömək edəcək.İstər tədris təcrübəmdən, istərsə də illərlə bu sahədə qazandığım mühəndis təcrübəmə əsaslanaraq, illərdir qarşılaşdığım bütün tələbləri, qarşılaşa biləcəyiniz xətaları və həlli yollarına bütün kurslarımda olduğu kimi bu kursda da geniş yer vermişəm. Və siz bir necə saatlıq bu kursla illərin süzgəcindən keçmiş praktikanı mənimsəyə bilərsiniz. Həmçinin sizinlə eyni sahəyə maraqlı olan, fərqli təcrübələrə sahib  bu kursa maraqlı olan hərkəslə fikir mübadiləsi edə biləcək bir mühit əldə etmiş olacaqsınız. Kariyera inkişafınıza yetərincə təsir edəcək ətrafınızı da qurmağa yardım edəcəyik. Kursa qeyd olun və: Daim yenilənən videolara baxmaq haqqı qazanınYazdığınız program məhsulu real mühitdə çalışdırmağı öyrənin. Yazdığınız program məhsulunu test etməyi öyrəninHəmçinin kurs haqqında, həm də kariyeranızda irəliləmək haqqında hər növ suallara 24 saat ərzində cavab ala bilərsiniz. Hazırsız ?Kursu əldə edin və kariyeranızda uğurlu bir addım atın. Kursda görüşənədək!

logo

Udemy