CNP Fraud
$19.99
Shop on Udemy

Description

Rəqəmsal mühitə keçid ediriksə, təhlükəsizliyimizi də təmin etməyi bacarmalıyıq!Ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının bir fəsli rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsinə həsr olunub. Bu strategiyanın nəticəsi olaraq rəqəmsal savadlılıq, müvafiq infrastukturanın yaradılması, Data Economy kimi anlayışlar daha çox önə keçdi. Rəqəmsal mühitdə kart məlumatlarının ələ keçirilərək, hesabda olan məbləğlərin mənimsənilməsi CNP Fraud-un əsasını təşkil edir. Paylaşmaq gözəldir, lakin elə məlumatlar var ki, onları sizdən heç bankınız da soruşmur. Təəsüflər olsun ki, kiberdələduzluq halları son aylarda sürətli şəkildə artmaqdadır və artıq əhali bank kartlarının istifadə olunmasına, eyni zamanda EPK-lərin təhlükəsizliyinə ( elektron pul kisəsi ) olan etibarlarını itirirməyə başlayır. Halbuki, əksər hallarda yaşanan CNP Fraud əməliyyatları məhz əhalinin mobil bankçılıq tətbiqlərinə, habelə kart təhlükəsizliyi haqqında olan məlumatlara kifayət qədər hakim olmadıqları üçün yaşanmaqdadır. Son zamanlar yaşanan Fraud hallarında, müştərilər əsasən bankları və ya EPK ( Elektron Pul Kisəsi olaraq fəaliyyət göstərən qurumları ) günahlandırırlar. Lakin təhlükəsizliyin təmin olunması üçün siz öz üzərinizə düşənləri yerinə yetirirsiniz? Sözü gedən proqram vətəndaşları CNP Fraud-a qarşı maksimum maarifləndirərək, çıxış yolu və təhlükəsizlik həllərini təklif edir. Proqram əsas 4 hissədən ibarətdir: CNP FRAUD Nədir?Bank kartlarının üzərində yer alan nömrələr hansı məlumatları əks etdirir?CNP FRAUD-a qarşı Mobil Bankçılıq Tətbiqlərinin roluAlış-veriş saytları və zəruri olan təhlükəsizlik sertifikatlarıQeyd: Təlim proqramının bütün materialları müəlliflik hüquqları ilə qorunur ©️

logo

Udemy